2012/12/16

ÇÜNKİ; QALIQLAR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ İNKAR EDİR

Bunu qəbul etməliyik ki, tapılan qalıqlarda yaradılışçıların fikirlərinə əks olan  heç bir şey yoxdur. Edmund Ambrose

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birindən törəmişlər. Əvvəldən yaşayan bir canlı növü zaman ərzində başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun bir zaman bölümünü əhatə etmiş və addım-addım irəliləmişdir.

İddiaya əsasən uzun çevrilmə müddəti ərzində saysız-hesabsız ara növləri meydana gəlməli və yaşamalı idi.

Ara-keçid formalarının yoxluğu

Təkamül nəzəriyyəsinə görə, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalı idi. Sürünən heyvanların xüsusiyyətlərini daşıyarkən, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Əgər belə olsaydı, bu canlılar keçid dövründə olduqları üçün şikəst, əksik, qüsurlu  olmalı idilər. Təkamülçülər keçmişdə yaşamış olduqlarına inandıqları bu xəyali varlıqlara "ara-keçid forması" adını verirlər.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışlarsa, bunların sayının və növlərinin milyonlarla, hətta milyardlarla olması lazımdır. Bu əcaib canlıların qalıqlarına mütləq rast gəlinməlı idi. Çünki keçid formalarının sayının bu gün bildiyimiz heyvan növlərindən belə çox olması və dünyanın dörd bir tərəfinin qalıqlaşmış ara-keçid forması ilə dolu olması lazım idi. Darvin Növlərin Mənşəyində bunu belə açıqlamışdır: Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamış olmalıdır... Bunların yaşamış olduqlarının dəlilləri də yalnız qalıqlar arasında tapıla bilər.

Ancaq bu sətirləri yazan Darvin bu formaların qalıqlarının heç cür tapılmadığının şahidi idi. Bunun nəzəriyyəsi üçün çıxılmaz vəziyyət yaratdığını da görürdü. Buna görə də Növlərin Mənşəyi kitabının "Nəzəriyyənin Problemləri" (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı: Əgər həqiqətən növlər o biri növlərdən tədriclə inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darvin, The Origin of Species, s. 172, 280)

Darvinin qarşıya qoyduğu tək şərh isə, o dövrdəki qalıq tapıntılarının qeyri-kafi olması idi. Qalıq tapıntıları əsaslı olaraq araşdırıldığında ara formaların mütləq tapılacağını iddia etmişdi. Təkamülçülər Darvinin bu iddiasına inanaraq, XX əsrin ortasından bu yana dünyanın hər tərəfində qalıqları araşdıraraq keçid formalarını axtarırdılar. Halbuki, böyük bir vəchlə axtarılan keçid formalarına əsla rast gəlinmədi. Aparılan qazıntılarda və araşdırmalar nəticəsində əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, əksiksiz və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi. Təkamülçülər nəzəriyyələrini sübut etməyə çalışarkən, onu özləri çökdürmüşdülər. Məşhur İngilis paleontoloqu Derek W. Ager bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir: Problemimiz budur: qalıq tapıntılarını ətraflı olaraq araşdırdığımızda davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq, pilləli təkamüllə deyil, birdən yer üzündə yaranan qruplar görürük. Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, s. 133.

Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki bu şərhi verir: Nəzəriyyəni (təkamülü) isbat etmənin önündəki böyük bir maneə, hər zaman qalıq tapıntıları olmuşdur... Bu tapıntılar heç bir zaman Darvinin fərz etdiyi ara formaların izlərini ortaya çıxarmamışdır. Növlər birdən meydana gəlirlər və yenə birdən yox olurlar. Bu gözlənilməz vəziyyət növlərin Tanrı tərəfindən yaradıldığı  arqumentini dəstəkləyir. (Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 Yanvar 1981, s. 56).

YAŞAYAN QALIQLAR

Günümüzdəki nümunələrindən heç bir fərqi olmayan milyonlarla illik qalıqlardan bir neçəsi. Bu canlı qalıqları canlıların təkamül nəticəsində deyil, qüsursuz bir yaradılış nəticəsində ortaya çıxdıqlarının və əsla təkamül keçirmədiklərinin açıq bir dəlilidir.

Milyonlarla illik çöl arısı qalığı ilə müasir çöl arılarının heç bir fərqi yoxdur.     

Dövrümüzdə yaşayan cırcırama ilə onun 135 milyon illik qalığı bir-birinə uygundur.  
 
Yanda görülməkdə olan brittle ulduz qalığının yaşı 400 milyon ildir və dövrümüzdə yaşayan brittle ulduzu ilə aralarında heç bir dəyişiklik yoxdur   

Yanda heç bir dəyişikliyə uğramamış bir çanaqlı bağa və 50 milyon illik bir çanaqlı bağa qalığı görünür.   

195 milyon illik xərçəng qalığı ilə dövrümüzdəki xərçənglər arasında heç bir fərq yoxdur.   

100 milyon illik qarışqa qalığı ilə indiki vaxtda yaşayan bir qarışqa müqayisə edildiyində qarışqaların da təkamül keçirmədikləri açıqca görünür.   
                
Amerikalı paleontoloq R. Wesson da 1991-ci ildə nəşr olunan Beyond Natural Selection adlı kitabında "qalıq tapıntılarındakı boşluqların həqiqi və faktiki" olduqlarını belə açıqlamışdır: qalıq tapıntılarındakı boşluqlar həqiqətdir. Hər hansı bir (təkamüllü) soy oluşumunu göstərəcək qeydlərin yoxluğu son dərəcə faktikidir. Növlər, ümumiyyətlə çox uzun zaman boyunca sabit qalırlar. Növlər və xüsusilə cinslərdə heç bir zaman yeni bir növə və ya da cinsə rast gəlinmir. Bunun yerinə bir növ, ya da cinsin bir başqası ilə yer dəyişdirdiyi müşahidə edilir. Dəyişmə isə anidir. (R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, p. 45.)

40 milyon illik çəyirtkənin hazırda  yaşayan çəyirtkələrdən heç bir fərqi yoxdur.     

90-94 milyon illik geko qalığı da canlıların heç bir təkamül keçirmədiklərinin dəlillərindən biridir     

90-94 milyon illik qurbağa qalığından da aydın olur ki, əvvəl qurbağalar necə idilərsə, indiki vaxtda da eyni şəkildədirlər.     

Dənizin ən təhlükəli canlılarından biri olan köpək balığı və 400 milyon illik qalığı bizə köpək balıqlarının heç bir təkamül keçirmədiyini açıqca sübut edir.      

Hiç yorum yok:

Yorum Gönder