Əgər təbiətin dərinliklərində baş verən hadisələrin kompleksliliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətinliklə aydınlaşırsa, bu işlərin yalnız bir qəza, bir kor təsadüf əsəri olduğunu necə düşünə bilərik? PROF. PAUL DAVIES
Təkamül nəzəriyyəsinin elm və ağılla izah edilə bilməyən iddiasına görə, sonsuz kainatdakı heçlik, zamanla təsadüfən baş verən hadisələrin nəticəsində insanı meydana gətirmişdir. Bu inanılması qeyri-mümkün nəzəriyyəyə görə, tozun torpağın da olmadığı heçlikdə, əvvəl toz, torpaq, daşlar, sular, dağlar, okeanlar özbaşına meydana gəlmişdir. Sonra bunlardakı bəzi atomlar necə oldusa təsadüfən birləşərək kalsium, fosfor, karbon kimi elementləri meydana gətirmişdir. Bu cansız, ağlı, yaddaşı, məlumatı, şüuru olmayan elementlər də milyonlarla il içində necə oldusa nəfəs alan, danışan, düşünən, sevinən və kədərlənən bir ruha sahib olan, icadlar edə biləcək zəkaya, məlumata, şüura sahib, yaddaşı olan, kitabxanalarla kitablar yazan insanlara çevrildilər. Yəni toz, torpaq, palçıq yığınları, milyardlarla il içində təsadüflərin təsiriylə əti, canı, qanı olan, fövqəladə fabriklər tikərək bu fabriklərdə ən son model avtomobillər istehsal edən, kosmos sistemləri quran, saraylar tikən, sənət möcüzələri meydana gətirən insanlara çevrilmişdir. Daşın, torpağın təsadüflər nəticəsində bir gün insana çevrildiyinə inanmaq, uşaq nağıllarına inanmaqdan daha da məntiqsiz və ağıldankənardır. Uşaqlar da belə bir nağıla inanmazlar.